Bakıda ana azyaşlı qızından polisə şikayət etdi
Bakı şəhər sakini dogma qızını oğurluqda ittiham edir. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Bölməsində araşdırma aparılır.
“Sputnik” xəbər verir ki, külli miqdarda oğurluq hadisəsi paytaxtın Yasamal rayonunda baş verib. Bu barədə Yasamal RPİ-dən bildirilib.
Belə ki, iyulun 31-də 38 yaşlı L.A. yaşadığı mənzildən 47 min dollar pulun oğurlanması ilə bağlı Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib. Qadının sözlərinə görə, mənzildən oğurluq 25 iyun – 30 iyul tarixlərinə təsadüf edib. Zərərçəkmiş 16 yaşlı qızından şübhələndiyini, oğuluqda onun əli olduğunu açıqlayıb.
Azyaşlının pulu evdən hansı şəraitdə və nə məqsədlə oğurlaması araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi