Bakı metrosunda panika: Qışqırıq səsi ətrafı bürüdü

Bu gün Koroğlu metrostansiyasında insan sıxlığı qatarın hərəkətinə mane olub.
Hadisə yerində olan Publika.az-ın əməkdaşının məlumatına görə, qatar hərəkət etmək istəyən zaman sıxlıq səbəbilə sərnişinlərə xəbərdarlıq edilib.
Qatar hərəkət edən zaman isə sərnişinlərin qışqırığı platformaya yayılıb, ehtimal olunur ki, qapılar arasında qalıb xəsarət alanlar var.
Eyni hal ikinci dəfə təkrarlanıb, həm platformada, həm də qatarın daxilində ikinci dəfə panika yaşanıb. Maşinist qısa müddət sonra qatarın hərəkətini davam etdirib.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov sorğumuza cavab olaraq bildirib ki, narahatlığa əsas yoxdur:
“Sadəcə hər zaman olduğu kimi Koroğlu metrostansiyasında həddindən artıq sıxlıq müşahidə olunur. Qatarların gecikməməsi üçün işçilər mümkün olduğu qədər çalışırlar”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi
Yasamalda avtomobil yanğını: Polis xilas etdi