AYNA avtobus marşrutlarını müsabiqəyə çıxarır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ölkə daxilində müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır. Bu addım sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə atılır. Müsabiqə çərçivəsində Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Mingəçevir, Bakı-Qusar, Bakı-Quba və digər şəhərlərarası marşrutlar üzrə avtobus xətləri təqdim ediləcək.
Minval.info xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna və Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarına uyğun olaraq təşkil edilir. Sənədlərin qəbulu 9 oktyabr 2026-cı il saat 17:00-dək davam edəcək. Müsabiqə çərçivəsində əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri müxtəlif tarixlərdə, məsələn, Bakı-Sınıq Körpü və digər istiqamətlər üzrə oktyabrın 16-da, Bakı-Xudat və digər istiqamətlər üzrə oktyabrın 20-də, Yevlax-Gəncə və digər istiqamətlər üzrə oktyabrın 23-də, paytaxtın 567 nömrəli şəhərətrafı marşrutu üzrə isə oktyabrın 27-də baxılacaq. Məqsəd sərnişindaşıma sahəsində xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ət idxalında lider ölkələr açıqlandı
Sabah gəncləri Mançesterdə ağır məğlub oldu
Səfir Mustafayevdən Moskvaya neqativ fon xəbərdarlığı
Bakıda səs-küy çirklənməsi: Sağlamlığa təhlükə!
Bakı dayanacaqlarının yarısı standartlara uyğun deyil!
Bakıda kirayə qiymətləri sürətlə yüksəlir!
ADNSU-da süni intellekt üzrə yüksək maaşlı vakansiya