15 yaşlıların oxu savadlılığı zəifdir: Nazir açıqladı
Azərbaycanda 15 yaşlı şagirdlərin təxminən üçdə ikisi oxuduqlarını tam anlamaqda çətinlik çəkir. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatı zamanı məlumat verib.
Minval.info xəbər verir ki, nazirin açıqladığı göstəricilərə əsasən, yeniyetmələr arasında oxu savadlılığı əsas problem olaraq diqqət çəkir. Şagirdlər mətni oxuya bilsələr də, onun məzmununu, əsas fikrini və mənasını düzgün dərk etməkdə çətinlik çəkirlər.
Maraqlıdır ki, bu problemin yaş artdıqca avtomatik şəkildə aradan qalxmadığı vurğulanır. Oxu və anlama bacarıqları vaxtında formalaşdırılmadıqda, bu çatışmazlıq sonrakı təhsil və peşə həyatında da özünü göstərə bilər. PISA nəticələrində Azərbaycanın riyazi savadlılıq və təbiət elmləri üzrə göstəriciləri isə oxu savadlılığı ilə müqayisədə nisbətən yaxşı qiymətləndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərin iş yükü azalmayıb, əksinə artıb
Müəllimlərin işə qəbulu: 3 min vakant yer açıqdır
Evində dərs keçmək istəyənlər üçün iş imkanı
Asfalt yeniləndi, təhlükəsizlik xətləri unuduldu!
Laçında uşaqların sağlamlığına xüsusi diqqət!
Tələbə Kənan Zindadil universitetə bərpa olunmaq istəyir
Universitetdə təhsil müddəti qısalır?