15 yaşlı oğlan bıçaqlandı: Anası özünü binadan atdı
Sumqayıt şəhərində 15 yaşlı oğlan bıçaqlanıb.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, hadisə iyunun 8-i axşam saatlarında şəhərin 12-ci mikrorayon ərazisində yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Rzayev Ayxan Ramil oğlu şəxsi münasibətlər zəminində 2007-ci il təvəllüdlü Muxtarov Nihat Sənan oğlunun döş qəfəsinə bir bıçaq zərbəsi endirib.
Şahidlərin verdiyi məlumata görə, hadisə zamanı N.Muxtarovun anası oğlunun bıçaqlandığını görərək özünü yaşadığı binanın ikinci mərtəbəsindən yerə atıb.
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən A.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həbsdən çıxdı, anasını və arvadını güllələyib öldürdü
Piyada keçidindən keçməyən qadını avtomobil vurdu
Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə məcbur edən Arifə - TƏFƏRRÜAT
Abşeronda it döyüşləri təşkil edən şəxslər saxlanıldı
Bakıda 24 yaşlı gənc intihar etdi
Azərbaycanda hərbçilərin olduğu maşın qəzaya düşdü - Ölənlər var
DTX icra başçısını belə həbs edib - Əməliyyat videosu
