Qəbizlikdən xilas olmaq üçün 7 təsirli içki
Qəbizlikdən əziyyət çəkənlər üçün bəzi içkilərin simptomları yüngülləşdirə biləcəyi açıqlanıb. Qastroenteroloq Saurav Seti bu mövzuda faydalı içkilər arasında qəhvə, yaşıl çay, giləmeyvəli kefir, bitki çayları, gavalı, armud və alma şirələrini qeyd edib.
Minval.info xəbər verir ki, mütəxəssis qəhvənin bağırsaqların fəaliyyətini stimullaşdıraraq həzmi sürətləndirə biləcəyini bildirib. Bu təsir kofeinsiz qəhvədə də müşahidə olunur. Gavalı şirəsindəki sorbitol isə sərt nəcisin yumşalmasına və qəbizlik əlamətlərinin azalmasına kömək edə bilər.
Suya isladılmış çia toxumları da yüksək lif tərkibinə görə faydalı hesab olunur. Lakin çia toxumları çox su çəkdiyindən onları qəbul edən zaman kifayət qədər su içmək vacibdir. Mütəxəssis qəbizlik davamlı xarakter alarsa, yalnız ev üsullarına güvənməməyi və həkimə müraciət etməyi tövsiyə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq
Qəza törətməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya olunacaq
İspaniyada qatar qəzasında ölənlər arasında 4 amerikalı var
"İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
Salyanda dəhşətli qəza: iki nəfər həyatını itirib
Moped və velosiped sürənlərə xəbərdarlıq
Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı