"Vaqner"ə qoşulan azərbaycanlı avtoritet Ukraynada öldürüldü
Azərbaycanlı kriminal avtoritet Ukraynada öldürülüb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının keçmiş deputatı Oleq Tsaryov öz Telegram kanalında bildirib. O qeyd edib ki, “Zayka Gəncəli” ləqəbli avtoritet Zaur Əliyev 2016-cı ildə Moskva məhkəməsi tərəfindən 18 il azadlıqdan məhrum edilib. O, adam oğurluğu, quldurluq və s. cinayətlərdə ittiham edilirdi.
Məlumata görə, Zaur Əliyev həbsxanada ərizə yazaraq, “Vaqner” hərbi qruplaşmasına qoşulub Ukraynadakı müharibədə iştirak etmək istədiyini bildirib.
Qısa müddətli təlimlərdən sonra Zaur Əliyev cəbhəyə göndərilir. İki gün sonra isə o, Ukraynadan Avropaya qaçmaq istəyib. Amma “Vaqner” qruplaşması tərəfindən ələ keçirilib və güllələnərək öldürülüb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur
Pakistan ordusundan sərhəddə terrorçulara zərbə!