Şəkidə faciə: İstirahət mərkəzlərində təhlükə artır
Şəki şəhərində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində baş verən faciəvi hadisə, iki nəfərin həyatını itirməsi ilə nəticələnib. Bu hadisə, ölkədə attraksionların, xüsusilə də kanat və digər yüksək riskli əyləncə qurğularının təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. İlkin məlumatlara görə, hadisə güclü külək zamanı “zipline” qurğusunun roliklərinin çıxması nəticəsində baş verib.
Minval.info xəbər verir ki, bu, son dövrlərdə istirahət mərkəzlərində baş verən ilk belə hadisə deyil. Ötən ay bir neçə oxşar hadisə qeydə alınıb. Avqustun 14-də Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət mərkəzində 4 yaşlı uşaq hovuzun su nasosunda sıxılı vəziyyətdə qalıb və həyatını itirib. Avqustun 19-da Ağdaş rayonundakı istirahət parkında attraksion qəzaya uğrayıb və nəticədə iki nəfər xəsarət alıb. Avqustun 24-də isə Bakı Bulvarında 10 yaşlı qızın mindiyi attraksion təhlükəsizlik kəməri bağlanmadan işə salınıb.
Təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, turizm və istirahət mərkəzlərində istifadə olunan kanat, zipline və digər ekstremal əyləncə qurğuları ciddi nəzarət tələb edən texniki qurğulardır. Onun sözlərinə görə, bu qurğuların istismarı dövlətin təsdiq etdiyi konkret texniki reqlamentlərə və qaydalara tabe edilməlidir. Polad trosların möhkəmlik ehtiyatı faktiki tutuma və canlı yüklərə görə ən azı 3-4 qat artıq ağırlığa hesablanmalıdır.
Ekspert əlavə edib ki, dünya təcrübəsində insan daşınan yerdə təhlükəsizlik bircə trosa etibar edilməməlidir. Mütləq paralel işləyən ikinci ehtiyat xətt olmalıdır ki, əsas trosda hər hansı bir qırılma baş verərsə, istifadəçi təhlükəsiz qalsın. Təhlükəsizliyin təmin edilməsində digər mühüm amil isə personal və bələdçi heyətinin hazırlığıdır. Bu qurğularda çalışan bələdçilər, təlimatçılar və nəzarətçilər xüsusi komissiya qarşısında bilik yoxlanışından keçmiş şəxslər olmalıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şimalda dəhşətli qəza: 5 nəfər öldü
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı