Kiyevdə kütləvi PUA hücumu: Yaşayış binası vuruldu, dağıntı və yanğın var – Kliçkonun açıqlaması
Rusiyaya məxsus pilotsuz uçuş aparatı (PUA) Ukraynanın paytaxtı Kiyev şəhərində 6 mərtəbəli yaşayış binasına çırpılıb. Hücum nəticəsində binanın bir hissəsi uçub.
Minval.info xəbər verir ki, baş verən hadisə ilə bağlı Kiyev şəhərinin mer Vitali Kliçko rəsmi açıqlama verib.
Kliçkonun sözlərinə görə, PUA-nın düşməsi nəticəsində 6 mərtəbəli mülki binada qismən dağıntı qeydə alınıb. Eyni zamanda zərbə dalğası və alovlanma səbəbindən yaxınlıqda yerləşən 3 mərtəbəli digər tikilidə kəskin yanğın baş verib.
Hadisə yerinə dərhal Ukrayna Fövqəladə Hallar Xidmətinin xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub. Dağıntılar altında qalanların xilas edilməsi və yanğının söndürülməsi istiqamətində ərazidə axtarış-xilasetmə işləri sürətlə davam etdirilir.
Hücum nəticəsində xəsarət alanlar və dəyən ziyanın miqyası barədə ətraflı məlumat dəqiqləşdirilir.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu
ABŞ İranla müharibədə 81 hava vasitəsini itirib