Jurnalist Nəcəfovun məzarından barelyef oğurlandı
Azərbaycanın tanınmış jurnalisti Nəcəf Nəcəfovun məzarından bürünc barelyef oğurlanıb. Hadisə sentyabrın 9-da səhər saatlarında İkinci Fəxri xiyabanda baş verib. Məzarın başdaşına quraşdırılmış barelyef, Nəcəf Nəcəfovun vaxtilə rəhbərlik etdiyi “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirirdi.
Minval.info xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov saxlanılıb. Araşdırmalar zamanı oğurlanmış barelyefin satıldığı yer də müəyyən edilib və maddi sübut kimi götürülüb. Baxış zamanı onun hissələrə doğrandığı müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq və digər zəruri tədbirlər davam etdirilir. Qeyd edək ki, Nəcəf Nəcəfov 1980-1990-cı illərdə “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin redaktoru olub və 1999-cu ildə vəfat edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
İki gəncin ölümünə səbəb olan sürücü niyə sərbəst buraxıldı?