Əli İbrahimovdan 7 uşaqlı ailəyə böyük dəstək
44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri olan Əli İbrahimov, 7 uşaqlı bir ailənin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə yardım kampaniyası təşkil edib. Bu təşəbbüs nəticəsində toplanan vəsaitlə ailəyə yeni ev alınıb.
Minval.info xəbər verir ki, Əli İbrahimov sosial şəbəkələrdə ailənin çətin vəziyyəti ilə bağlı paylaşım edərək, insanları dəstək olmağa çağırıb. Onun bu çağırışına cavab olaraq, xeyirxah insanlar tərəfindən toplanan vəsait ailənin yeni evə sahib olmasına imkan yaradıb.
Əli İbrahimovun sözlərinə görə, ailə əvvəllər konteynerdə yaşayırdı və ailə başçısı bağırsaq əməliyyatından sonra iş qabiliyyətini itirmişdi. “Gün ərzində ehtiyacı olan ailələr mənə yazır. Bu ailə də onlardan biri idi. Biz onları çəkib sosial şəbəkədə paylaşdıq. İnsanlar da həmin ailəyə dəstək oldular və nəticədə onlara ev aldıq”, – deyə Ə.İbrahimov bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ yeni uzaqmənzilli raketlər üçün 550 milyon dollar ayırıb
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu