09.09.2026 - 21:30
Maqazin 20 baxış

Azercell Bakıda yeni nəsil mağaza açdı

Azercell şirkəti, abunəçilərinə daha müasir və çevik xidmət imkanları təqdim etmək məqsədilə ilk yeni nəsil diler mağazasını istifadəyə verib. Bu mağaza, Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 15A ünvanında yerləşir və rəqəmsal texnologiyaları, müştəriyönümlü xidmət modelini və müasir pərakəndə satış həllərini bir araya gətirir.

Minval.info xəbər verir ki, qlobal telekommunikasiya sektorunun qabaqcıl təcrübələri nəzərə alınaraq hazırlanmış bu yeni konsepsiya, xidmət prosesinin sadələşdirilməsinə və abunəçilərin ehtiyaclarına uyğun daha çevik modelin yaradılmasına xüsusi diqqət yetirir. Mağazada tətbiq olunan rəqəmsal özünəxidmət həlləri, abunəçilərə bir sıra əməliyyatları daha rahat və sürətli şəkildə həyata keçirməyə imkan verir.

İnteraktiv ekranlar vasitəsilə məhsul və xidmətlər haqqında məlumat əldə etmək və mövcud seçimlərlə tanış olmaq mümkündür. Eyni zamanda, fərdi dəstəyə ehtiyacı olan abunəçilərə təmsilçilər tərəfindən xidmət göstərilir. Yeni konsepsiya pərakəndə satış təcrübəsini də əhatə edir və mağazada Azercell-in məhsul və xidmətləri ilə yanaşı, müxtəlif cihazlarla tanış olmaq və onları əldə etmək mümkündür.

Bu yeni nəsil mağazanın istifadəyə verilməsi, Azercell-in müştəri xidmətlərinin rəqəmsallaşdırılması və xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində atdığı növbəti addımdır. Şirkət, abunəçiləri üçün daha rahat, çevik və müasir xidmət imkanları yaratmağa davam edəcək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: