Yaxın Şərqdə alovlanan müharibə: İran BƏƏ, Bəhreyn və Küveytdəki ABŞ hərbi bazalarına kütləvi zərbələr endirdi
İran Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Küveytdə yerləşən ABŞ hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi zərbələr endirib.
Minval.info xəbər verir ki, İran Silahlı Qüvvələrinin mətbuat xidməti tərəfindən yayılan rəsmi bəyanatda hərbi əməliyyatın təfərrüatları açıqlanıb.
Ordunun yaydığı rəsmi pres-relizdə bildirilir: “Ordunun onlarla pilotsuz uçuş aparatı BƏƏ-dəki ‘Əd-Dafra’ və ‘Əl-Minhad’ bazalarında yerləşən radiolokasiya sistemlərinə və ABŞ qoşunlarının dislokasiya məntəqələrinə zərbələr endirib. Eyni zamanda Bəhreyndəki ‘Şeyx İsa’ bazasında yerləşən radiolokasiya obyektləri və ABŞ ordusunun toplanış mərkəzi növbəti dəfə PUA-ların kütləvi hücumuna məruz qalıb”.
Bununla yanaşı, SEPAH da əməliyyata qoşularaq Küveytdə yerləşən “Əli əs-Salem” aviabazasına zərbələr endirildiyini bəyan edib.
Bölgədəki gərginlik pik həddə çatıb. Zərbələr nəticəsində dəyən ziyan və tələfatlar barədə hələlik ətraflı məlumat verilmir.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenskidən sarsıdıcı etiraf – “Onları itiririk!”
Cənubi Koreya ordusunda robot dövrü başlanır
9 çağırışçıya məhkəmə-tibbi ekspertizası təyin edildi
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu
ABŞ İranla müharibədə 81 hava vasitəsini itirib