Bölgələrdə "Himayədar ailə" görüşləri keçirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi, ‘Himayədar ailə’ institutunun təbliği məqsədilə bir sıra rayon və şəhərlərdə yerli sakinlərlə görüşlər təşkil edib.
Minval.info xəbər verir ki, bu görüşlər Qax, Bərdə, Biləsuvar, Şirvan, Salyan, Saatlı, Göyçay və Neftçala rayonlarında keçirilib və 300-dən çox vətəndaşın iştirakı ilə baş tutub.
Görüşlərdə ‘Himayədar ailə’ qayğı modelinin üstünlükləri müzakirə edilib. Bu model, valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinə, onların fiziki, psixoloji və sosial inkişafının dəstəklənməsinə yönəlmiş alternativ qayğı növü kimi təqdim olunub. Eyni zamanda, himayədar valideyn olmaq üçün müraciət qaydaları, namizədlərə dair tələblər və seçim mərhələləri barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır