06.09.2026 - 13:35
Hərbi xəbər 7 baxış

Pakistan ordusundan sərhəddə terrorçulara zərbə!

Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə yerləşən Xeybər-Paxtunxva vilayətində həyata keçirilən əməliyyatlar zamanı 20-dən çox terrorçunu zərərsizləşdirib. Minval.info xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin media mərkəzi ISPR məlumat yayıb. Əməliyyatlar sentyabrın 3-dən 5-dək bir neçə ərazidə baş verib və öldürülən şəxslərin “Fitnə-əl-Xəvaric” qruplaşmasının üzvləri olduğu bildirilir.

Əməliyyatlar zamanı xüsusilə Şimali Vəziristan dairəsində Əfqanıstan ərazisindən Pakistana keçməyə cəhd edən silahlı şəxslərə qarşı tədbirlər görülüb. ISPR-in məlumatına görə, sentyabrın əvvəlindən etibarən sərhəddən ölkəyə sızmağa çalışan ümumilikdə 25 silahlı zərərsizləşdirilib. Pakistan Silahlı Qüvvələri sərhəd təhlükəsizliyinin təmin edilməsinin əsas prioritetlərdən biri olduğunu və sərhədyanı ərazilərdən ölkəyə qarşı terror fəaliyyətlərinin həyata keçirilməsinə imkan verilməyəcəyini açıqlayıb. Əməliyyatların Pakistanın “Əzmi-İstehkam” adlı antiterror kampaniyası çərçivəsində həyata keçirildiyi bildirilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: