Sinqapur baş nazirinin maaşı 60% artdı
Sinqapurun Baş naziri Lourens Vonqun illik maaşına 1,1 milyon ABŞ dolları əlavə edilib. Bu artım nəticəsində onun illik gəliri 3,6 milyon Sinqapur dollarına, yəni təxminən 2,8 milyon ABŞ dollarına yüksəlib.
Minval.info xəbər verir ki, Sinqapur hökuməti baş nazir, nazirlər və yüksək vəzifəli dövlət məmurlarının əməkhaqlarını artırıb. Baş nazirin əvvəlki illik gəliri 2 milyon Sinqapur dolları olub. Beləliklə, onun gəliri 1,4 milyon Sinqapur dolları, yəni təxminən 1,1 milyon ABŞ dolları artıb. Bu isə 60 faizdən çox artım deməkdir.
Lourens Vonq maaşındakı artımdan əldə etdiyi məbləği qarşıdakı beş il ərzində xeyriyyə təşkilatlarına bağışlayacağını açıqlayıb. Sinqapur hökuməti yüksək maaşların korrupsiyanın qarşısının alınmasına və dövlət idarəçiliyinə peşəkar kadrların cəlb edilməsinə xidmət etdiyini bildirir. Bununla belə, ölkədə yaşayış xərclərinin artması fonunda qərar sosial mediada geniş müzakirələrə səbəb olub.
Məlumata görə, Sinqapurda nazirlərin əsas illik əməkhaqqı paketi də 1,1 milyon Sinqapur dollarından 1,2 milyon dollara yüksəldilib. Müxtəlif göstəricilər əsasında hesablanan əlavə ödənişlərlə nazirlərin illik gəliri 1,35 milyon Sinqapur dollarına çatır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Armen Qriqoryan Baş Qərargah rəisi olur
Rusiyada poçt əməkdaşlarına antidron silahları təqdim ediləcək
İranda benzinin qiyməti ikiqat bahalaşdı
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!