09.09.2026 - 21:37
Ölkə 18 baxış

Bakıda qolları olmayan körpə: Ana imtina etdi

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə qolları olmayan körpə dünyaya gəlib. Doğuşdan sonra körpənin anası rəsmi şəkildə övladından imtina edib. Minval.info xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, anası tərəfindən atıldığı bildirilən körpə ilə bağlı məlumat daxil olan kimi Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. Körpənin səhiyyə müəssisəsindəki vəziyyəti qiymətləndirilib və onun daimi qayğı ilə əhatə olunması üçün qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdirilməsi planlaşdırılır.

Qeyd edək ki, körpənin və ananın şəxsi məlumatları etik və hüquqi səbəblərdən açıqlanmır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: