Üç uşaq atası qətlə yetirilib
Cəlilabad rayonunda qətl hadisəsi törədilib.
Minval.info “Report”a istinadən xəbər verir ki, hadisə bu gün rayonun Privolnoye kəndində qeydə alınıb.
Həmin kəndin 1984-cü il təvəllüdlü sakini Novruzov Ceyhun Dədəkişi oğlu 34 yaşlı həmkəndlisi Quliyev Gülbala Rauf oğlu tərəfindən qətlə yetirilib.
Bakı şəhərində işləyən G.Quliyev bu gün kəndə gəlib və C.Novruzovu öz evinə çağırıb. G.Quliyev elə öz evində şəxsi münasibətlər zəminində C.Novruzovun ürək nahiyəsinə 2 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib. Daha sonra G.Quliyev polisə təslim olaraq, hadisəni etiraf edib. Qətlin hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Mərhum 3 uşaq atasıdır və G.Quliyevlə yaxın münasibətləri olub.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Polşada separatçı bayraq təxribatı dayandırıldı
Nigar Fərhadın şirkətinə cinayət işi açıldı
Bakıda 13 yaşlı qızın hamilə qalması şok etdi
Ermənistanda sabiq baş nazirin qardaşı həbs olundu
Dövlət təhlükəsizliyi 5 ölkədə əməliyyat keçirdi
Taksi sürücüsünün dələduzluq şəbəkəsi ifşa olundu
Bakıda yol nişanına qanunsuz müdaxilə: Üç nəfər saxlanıldı