18.09.2026 - 12:49
Kriminal 18 baxış

Dövlət təhlükəsizliyi 5 ölkədə əməliyyat keçirdi

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən genişmiqyaslı antiterror əməliyyatları nəticəsində beş ölkədə 11 nəfər saxlanılıb. Bu əməliyyatlar zamanı Azərbaycan və xarici ölkə vətəndaşlarının terrorçuluğa hazırlıq və maliyyələşdirmə ilə bağlı cinayət əməlləri aşkar edilib.

Minval.info xəbər verir ki, əməliyyat çərçivəsində əvvəllər “Sumqayıt camaatı” adlı terror qruplaşmasının üzvü olmuş Vüqar Abdullayev və onunla əlaqəli şəxslərin ictimai və dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girdikləri müəyyən edilib. Onların gizli görüşləri və telefon danışıqları sənədləşdirilib.

Araşdırmalar nəticəsində Cəlal Hacıyevin və digər şəxslərin xaricdə dini radikalizm zəminində aparılan silahlı münaqişələrdə iştirak edənlərə maliyyə dəstəyi verdikləri məlum olub. Bu şəxslər kriptovalyuta sistemləri vasitəsilə beynəlxalq terror təşkilatlarını maliyyələşdiriblər. Əməliyyatlar nəticəsində cinayətkar birliyin geniş dairəsi ifşa edilib və 5 ölkədə keçirilən tədbirlər nəticəsində qruplaşmanın 11 üzvü saxlanılıb. Xaricdə saxlanılan Elşən Əsgərov artıq Azərbaycana ekstradisiya edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: