Taksi sürücüsünün dələduzluq şəbəkəsi ifşa olundu
Bakıda taksi sürücüsü kimi fəaliyyət göstərən Xəyal Abdıyev dələduzluq əməllərinə görə məhkəmə qarşısına çıxarılıb. 1984-cü il təvəllüdlü X.Abdıyev, özünü yüksək vəzifəli şəxs kimi təqdim edərək bir neçə vətəndaşı aldadıb və onlardan külli miqdarda pul alıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə iş açılıb.
Minval.info xəbər verir ki, Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda X.Abdıyevin kassasiya şikayəti təmin edilməyib. İttihama görə, X.Abdıyev taksi kimi sürdüyü maşına müştəri qismində əyləşmiş Nuranəni Hövsandan Yasamal rayonundakı xəstəxanaya aparıb və özünü SOCAR-ın Səngəçalda yerləşən terminalının direktoru kimi təqdim edib. O, qadınla ailəvi münasibət quraraq, onun həyat yoldaşını SOCAR-da sürücü kimi işə düzəldəcəyini və digər vədlərlə qadından və qohumlarından külli miqdarda pul alıb.
X.Abdıyev, həmçinin iki nəfəri aldadaraq onları məktəbə müəllim kimi işə düzəldəcəyi və ali məktəbə qəbul olmaq üçün balını artıracağı bəhanəsi ilə hər birindən 10 min manat alıb. O, bu şəxsləri anasının Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə qohum olduğunu yalandan deyərək inandırıb. Sonradan onun yalan danışdığı və heç bir yerdə işləmədiyi üzə çıxıb. Zərərçəkmiş şəxslər polisə müraciət edərək şikayət ediblər və X.Abdıyev barəsində cinayət işi açılaraq həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 7 il həbs cəzası verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda yol nişanına qanunsuz müdaxilə: Üç nəfər saxlanıldı
Məhkəmə qərarı niyə icra edilmir? - Nisəxanımın dramı
13 il sonra qətlin şübhəlisi saxlanıldı
Təhsil dələduzuna 6 il 8 ay həbs cəzası
Zonguldakda 17 yaşlı qız yatağa zəncirləndi
Rafinya Diasdan Messinin rekorduna son!
Bakıda qayınata gəlini qətlə yetirməkdə ittiham olunur