Məhkəmə qərarı niyə icra edilmir? - Nisəxanımın dramı
Nəsimi rayonunun Nəcəf bəy Vəzirov küçəsində yaşayan Nisəxanım Əzimova, mülkünün qonşusu tərəfindən aldadılaraq satıldığını və pulunun ödənilmədiyini iddia edir. O, 2014-cü ildə yaşadığı ərazidə söküntü işlərinin başladığını bildirib. Nisəxanım Əzimova, qonşusu Nəriman Cavadovun kömək edə biləcəyinə inanaraq ona etibarnamə verib. O, “Mənə yaxınlaşıb dedi ki, qadınsan, təksən, şirkət səni aldada bilər. Mənə etibarnamə ver, sənə kömək edim. Mən də ona inanaraq etibarnamə verdim. 2019-cu ildə məni notariusa apardı, daha sonra sənədlərə imza atdırdı. Dedi ki, mülkünü satmışam, pulunu axşam gətirəcəyəm. Amma həmin gündən bu günə qədər pulumu ala bilməmişəm” deyə bildirib.
Minval.info xəbər verir ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Sakin bildirib ki, Nəriman Mürşüd oğlu Cavadov dələduzluq maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir. Nisəxanım Əzimovanın qızı isə sonrakı məhkəmə proseslərində də onların xeyrinə qərarlar qəbul edildiyini deyib. Onun sözlərinə görə, Nəriman Cavadovun Yasamal rayonunda yerləşən, ikimərtəbəli, 9 otaqlı və 336 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin məhkəmə qərarına əsasən onlara verilməsi nəzərdə tutulub. Lakin həmin qərarın icrası hələ də təmin edilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ-da süni zəka ilə 129 milyon dollarlıq dələduzluq aşkarlandı
Süni intellektlə rəhbərləri təqlid edərək 130 milyon dollar oğurladılar
Məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı yeni iddialar
Boşanma zamanı qadına dələduzluqla 163 min manat ziyan vuruldu
Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir
Milyonçu Bəxtiyar Dalinin zorlamağa cəhd etdiyi qadın müğənni imiş