Polşada separatçı bayraq təxribatı dayandırıldı
Polşada Azərbaycana qarşı yeni bir təxribat hadisəsi baş verib. Ölkənin bəzi marketlərində separatçı rejimin bayrağı ilə bəzədilmiş məhsullar satışa çıxarılıb.
Minval.info xəbər verir ki, Varşavada yaşayan azərbaycanlı Elnur İbişov, mağazada alış-veriş edərkən, məhsullardan birinin üzərində keçmiş separatçı rejimin bayrağının təsvir edildiyini görüb. Elnur İbişov məhsulun Polşanın “Henry Studio” şirkəti tərəfindən istehsal edildiyini öyrənib və şirkətə bu yanlışlığı düzəltmək üçün etiraz məktubu göndərib. Məktubda, məhsuldan bu təsvirin çıxarılması və gələcəkdə Azərbaycanın ərazi bütövlüyünün düzgün əks etdirilməsi tələb olunub.
Həmçinin, soydaşımız məhsulun satışına etiraz edərək aidiyyəti qurumlara müraciət edib. Nəticədə, Polşada müvafiq tədbirlər görülüb və həmin məhsulun satışı dayandırılıb. İstehsalçı belə bir halın təkrarlanmayacağına dair təminat verib. Bu hadisə, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ həqiqətlərinin hər bir azərbaycanlı üçün nə qədər həssas bir məsələ olduğunu bir daha göstərir. Belə hallara qarşı prinsipial mövqe nümayiş etdirmək tarixi ədalətin qorunmasına xidmət edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nigar Fərhadın şirkətinə cinayət işi açıldı
Bakıda 13 yaşlı qızın hamilə qalması şok etdi
Ermənistanda sabiq baş nazirin qardaşı həbs olundu
Dövlət təhlükəsizliyi 5 ölkədə əməliyyat keçirdi
Taksi sürücüsünün dələduzluq şəbəkəsi ifşa olundu
Bakıda yol nişanına qanunsuz müdaxilə: Üç nəfər saxlanıldı
Məhkəmə qərarı niyə icra edilmir? - Nisəxanımın dramı