Tolik bu addımı ilə hər kəsi özünə heyran etdi - VİDEO
Tanınmış prodüser və aparıcı Tarix Əliyev yenə ürəkləri fəth etməyi bacarıb.
Minval.İnfo xəbər verir ki, tez-tez köməyə ehtiyacı olan şəxslərə gücü çatan qədər əl uzadan Tolik bu dəfə İmişli rayonunda yaşayan ailəyə yardım edib. Belə ki, “İnstagram”da kasıb ailənin durumu ilə bağlı video paylaşılıb.
Bunu görən Tolik ilk olaraq bir neçə gün öncə bu haqda paylaşım edib: “Bu videonu səhifələrdən birində gördüm. İmişlinin kəndlərindən birində yaşayan ailədir. Ailədə iki uşaq böyüyür, ataları fəhləlik edir deyə evin damını, suvağını edə bilmir. Çünki imkanları yoxdur. Bütün bunlar da cəmisi 850 manat edir. Biz şəhərdə, isti evdə yorğana bürünüb yatanda, bu evdə iki balaca uşaq soyuqdan büzüşüb yatır. Alah bunu götürməz. Mənim həmişə belə işlərdə sözümü yerə salmayan dostum var. Özüm gedəcəyəm İmişliyə, bu ailəyə kömək edəcəyəm”.
Bu gün isə prodüser artıq həmin ailənin evindən video paylaşım. Maddi çətinlik çəkən ailəyə 2 min manat dəyərində kömək edilib.
Daha ətraflı videoda:
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!