Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.
Minval.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə məlumat yayıb. Əmək müqaviləsi ilə çalışan işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq, sosial sığorta sistemində iştirak etməklə gələcək pensiya hüququ qazanmaq, sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq hüququna malikdir.
Bununla yanaşı, əmək müqaviləsi ilə işləyən şəxslər ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadə edə, iş vaxtından artıq işə cəlb olunduqda əlavə əməkhaqqı ala bilərlər. Həmçinin həmin işçilər icbari tibbi sığorta, işsizlikdən sığorta, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə təmin olunurlar.
Nazirlik bildirir ki, əmək müqaviləsi olmadan çalışan şəxslər qeyd olunan əmək və gələcək pensiya hüquqlarından məhrum olurlar. Əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində işçi və işəgötürən tərəfindən elektron qaydada imzalandıqda hüquqi qüvvəyə minir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moskva ilə Bakı arasında kruiz layneri istifadəyə veriləcək
Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır?
Sosial müdafiəyə ehtiyacı olan işsizlərə iş imkanları artırılır
Səyahətçilər daha dayanıqlı seçimlər etməyə üstünlük verirlər
Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
Oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı