Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilən dəyişikliklər nəticəsində kişilərə uşağının doğulması ilə əlaqədar 14 təqvim günü ödənişli məzuniyyət verilməsi nəzərdə tutulub.
Minval.info xəbər verir ki, artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə bu hüquqdan yararlanmaq imkanı yaradılıb. Bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.
Məzuniyyətin verilməsi üçün işçi, uşağının doğulması ilə əlaqədar müvafiq tibb müəssisəsindən aldığı arayışı işəgötürənə təqdim edir. Bunun əsasında işəgötürən tərəfindən işçiyə ödənişli atalıq məzuniyyəti verilir. Bu barədə əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində elektron qaydada formalaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir?
Bu şəxslərə də vəfat edəndə dəfn pulu ödənilsin
Azərbaycanda yeddi min ailəyə qurban payı veriləcək
Soyuq duş sağlamlığınızı yaxşılaşdırır və xərcinizi azaldır
Moskva ilə Bakı arasında kruiz layneri istifadəyə veriləcək
Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır?