Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
Azərbaycan Ordusunda hərbi qulluqçuların maaş sistemində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsi planlaşdırılır. Mövcud 13-cü və 14-cü maaş sisteminin ləğv edilərək, yeni ödəniş mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Minval.info xəbər verir ki, bu dəyişikliklər çərçivəsində hərbi qulluqçuların aylıq maaşlarının və digər ödənişlərinin artırılması istiqamətində yeni yanaşmaların tətbiqi gözlənilir. Məqsəd, hərbi qulluqçuların gəlirlərinin il ərzində daha sabit və proqnozlaşdırıla bilən formada təmin edilməsidir.
Qeyd edək ki, hərbi qulluqçuların sosial təminatının və maddi vəziyyətinin yaxşılaşdırılması son illərdə müdafiə və təhlükəsizlik sahəsində həyata keçirilən əsas istiqamətlərdən biridir. Maaş artımının konkret faiz və məbləği, eləcə də dəyişikliklərin hansı tarixdən qüvvəyə minəcəyi ilə bağlı rəsmi məlumat hələ açıqlanmayıb.
ƏLAQƏLİ
Polşa Ukraynaya qırıcılar göndərir: biri ehtiyat hissələri üçün nəzərdə tutulub
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İranla müharibə ABŞ-a milyardlarla başa gəlib
Ərəb Koalisiyası: Səudiyyə Ərəbistanına atılan raketlər məhv edildi
Bölgədə ikinci savaş dalğası: Tunellər qazılır, qüvvələr artır
ABŞ hərbi bazaları müharibəyə hazırlıq planı ilə gücləndirilir
ABŞ qlobal müharibə ehtimalına qarşı hərbi təchizatını gücləndirir
Baltikyanı bölgədə hərbi hazırlıq: Litvanın Aİ-dən milyardlıq istəyi