Orta əməkhaqqı Bakıda yaşam üçün yetərli deyil
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 098,3 manat təşkil edib. Bu rəqəm əhalinin gündəlik xərclərini qarşılamaq imkanlarını yenidən gündəmə gətirir. Xüsusilə ərzaq, kirayə, kommunal və nəqliyyat xərcləri nəzərə alındıqda, 1 098 manatlıq gəlirin bir nəfərin normal yaşayışı üçün nə dərəcədə yetərli olduğu müzakirə olunur.
Minval.info xəbər verir ki, iqtisadçı Rəşad Həsənov bu mövzu ilə bağlı açıqlamasında vətəndaşın normal yaşaması anlayışının dəyişkən olduğunu bildirib. Onun sözlərinə görə, hər kəsin öz normalı, hər ölkənin isə müəyyən etdiyi həyat standartları və meyarları vardır. Bu baxımdan, vətəndaşın yaşadığı yer, ailə statusu və digər amillər də nəzərə alınmalıdır.
İqtisadçı əlavə edib ki, Azərbaycanda hökumətin təsdiq etdiyi ehtiyac meyarı 310 manatdır. Orta aylıq əməkhaqqı bu ehtiyac meyarından təxminən üç dəfə yarım artıqdır. Lakin bu rəqəmlər, xüsusilə Bakı şəhərində yaşayanlar üçün kifayət etmir. Kirayə, nəqliyyat və qidalanma xərcləri nəzərə alındıqda, 1 100 manatlıq əməkhaqqı çox az görünür. Bu səbəbdən, digər xidmətlərdən və məhsullardan istifadə imkanı məhdudlaşır və məsələnin birmənalı qiymətləndirilməsi çətinləşir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi