Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif edilir. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab olunur və onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər verilir. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzərə alaraq, üç uşaqlı ailələrin də çoxuşaqlı ailə hesab edilməsini təklif edib.
Minval.info xəbər verir ki, paytaxt sakinləri bu təklifə müsbət yanaşır. Onlardan biri bildirib ki, “Millətin sabitliyi üçün ailədə ən azı üç uşaq olmalıdır. İki uşaq bunu təmin etmir”. Başqa bir sakin isə “Olmalıdır, məncə. Vaxtilə olub. Mənim anam da, qayınanam da üç uşağa görə pensiyaya çıxıblar” deyə fikrini ifadə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!
Nazirliyin xidmətləri üçün e-sorğuya qoşulun!