Avropada yeni sərhəd sistemi təxirə salındı
Avropa İttifaqının mübahisəli giriş-çıxış sistemi (EES) ilə bağlı yeni qərar qəbul edilib. Fransa, Belçika, Niderland, Almaniya, Yunanıstan, Malta, Portuqaliya, İtaliya və İsveçrə bu sistemi təxirə salmaq qərarına gəliblər. Bu qərarın əsas səbəbi hava limanlarında yaranan uzun növbələr və texniki problemlərdir.
Minval.info xəbər verir ki, EES sistemi Aİ-yə üzv olmayan ölkələrin vətəndaşlarının sərhəddən keçərkən barmaq izlərinin götürülməsini və üzlərinin skan edilməsini nəzərdə tutur. Sistem ötən ilin oktyabrında mərhələli şəkildə tətbiq olunmağa başlayıb və aprelin sonunadək tam qüvvəyə minməsi planlaşdırılıb. Lakin yay aylarında səyahət xaosunun qarşısını almaq üçün ölkələrə sərhəd yoxlamalarını müvəqqəti dayandırmağa imkan verən 150 günlük müddət müəyyənləşdirilib. Bu müddət sentyabrın 6-da başa çatsa da, qeyd olunan 9 ölkə texniki sistemlər tam işlək vəziyyətə gətirilənədək EES yoxlamalarını tətbiq etməyəcəyini açıqlayıb.
Aviaşirkətlər və hava limanları da yeni sərhəd sisteminin tətbiqinə görə Avropa İttifaqını tənqid ediblər. “Ryanair” aviaşirkəti EES-dən azadolma müddətinin ən azı 2027-ci ilin aprelinədək uzadılmasına çağırıb. Şirkətin əməliyyat direktoru Nil MakMahon prosesin əvvəldən sona qədər uğursuz təşkil edildiyini və əvvəlcədən edilən xəbərdarlıqların nəzərə alınmadığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"