07.09.2026 - 22:29
Sosial 20 baxış

Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində hazırda 214 ahıl şəxsə xidmət göstərilir. Bu şəxslərin 110-u kişi, 104-ü isə qadındır.

Minval.info xəbər verir ki, müəssisədə ahıllarla sosial iş aparılır və onların sosial reabilitasiyası həyata keçirilir. Ahıllar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərlə təmin olunurlar.

Burada təqdim olunan sosial xidmətlər yalnız gündəlik qayğı ilə məhdudlaşmır. Ahıl sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif tədbirlər, mədəniyyət mərkəzlərinə və istirahət mərkəzlərinə ekskursiyalar, gəzintilər təşkil olunur. Eyni zamanda, onların müxtəlif idman yarışları, gimnastika məşğələləri və yaradıcılıq fəaliyyətlərində iştirakı təmin edilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: