Mərkəzi Bankda 32 yaşlı xanıma yüksək vəzifə
Azərbaycan Mərkəzi Bankında yeni Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsi təsis edilib. Bu şöbəyə rəhbərlik vəzifəsi 32 yaşlı İlahə Baxışova-Tahirliyə həvalə olunub.
Minval.info xəbər verir ki, İlahə Baxışova-Tahirli 1994-cü ildə dünyaya gəlib. O, Azərbaycan Dillər Universitetində Regionşünaslıq üzrə bakalavr, Bakı Mühəndislik Universiteti və Roma Sapienza Universitetində isə Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.
İlahə xanım Mərkəzi Bankda fəaliyyətinə 2023-cü ilin aprel ayında başlayıb. Əvvəlcə insan kapitalının inkişafı üzrə böyük mütəxəssis kimi çalışıb, daha sonra 2024-cü ilin avqust ayından etibarən peşəkar inkişaf və maliyyə maarifləndirilməsi sahəsində böyük mütəxəssis vəzifəsini icra edib.
Mərkəzi Bankdan əvvəl İlahə Baxışova-Tahirli təxminən 5 il müddətində “Bravo Supermarket Azerbaijan” şirkətində çalışıb. Burada o, öyrənmə və inkişaf üzrə assistent vəzifəsindən başlayaraq, işə qəbul, istedadların idarə edilməsi və insan resurslarının inkişafı sahələrində müxtəlif vəzifələrdə çalışıb. Son olaraq, şirkətdə İstedadların idarə edilməsi üzrə böyük mütəxəssis kimi fəaliyyət göstərib.
Əmək fəaliyyətinin əvvəlki dövrlərində isə Bakıda yerləşən “Excelsior Hotel Baku”da insan resursları üzrə assistent vəzifəsində çalışıb. İlahə Baxışova-Tahirli həmçinin III “Yüksəliş” müsabiqəsinin qalibidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Orduda maaş sistemi yenilənir: 13 və 14 ləğv!
Fuad Əliyev yeni vəzifəyə təyin edildi
Bakı metrosunda qatar tuneldə 40 dəqiqə qaldı
Bakının əsas yollarında ciddi tıxac müşahidə olunur
Bakı metrosunda hərəkət dayandı: Sərnişinlər narahatdır
Elit polo club "Sea Breeze 2026"da çempion oldu
Turan Tovuz və Araz-Naxçıvan qollu bərabərlikdə