07.09.2026 - 21:54
Sosial 17 baxış

Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə

ARB TV-dən ayrılan tanınmış aparıcı Elgiz Əkbər yeni layihəsini YouTube platformasında təqdim edib. “Şadlıq olsun” adlı proqram bu gündən etibarən yayımlanmağa başlayıb.

Minval.info xəbər verir ki, Elgiz Əkbər yeni layihəsi çərçivəsində sosial problemlərə diqqət çəkməyi və ehtiyacı olan, evlənmək istəyən insanlara yardım göstərməyi qarşısına məqsəd qoyub. Aparıcı, proqramın qeyri-etik davranışlara yer verməyəcəyini və reytinq xatirinə insanları qıcıqlandırmaq istəmədiklərini bildirib.

“Televiziya başqa bir cəmiyyətdir. Bəzilərimiz bu məsələlərdən sui-istifadə etdik,” – deyə Elgiz Əkbər qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: