Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!
Kəlbəcər rayonunda ilk dəfə olaraq əmək yarmarkası təşkil ediləcək. Bu tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçiriləcək.
Minval.info xəbər verir ki, aktiv məşğulluq tədbiri sentyabrın 8-i saat 11:30-da Kəlbəcər rayonunun Mərkəzi meydanında baş tutacaq. Tədbirdə iş axtaran şəxslərə dövlət və özəl sektoru təmsil edən 16 müəssisə tərəfindən müxtəlif peşə istiqamətləri üzrə 90-dan çox vakansiya təqdim ediləcək. Bu vakansiyalar arasında mühəndis-energetik, böyük mühəndis, xidmət rəisi, növbətçi elektrik montyoru, qaynaqçı, yanacaq maşını sürücüsü, çilingər, qənnadıçı, satıcı və aşpaz kimi peşələr yer alır.
Yarmarkaya gələn şəxslərə, həmçinin Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat veriləcək. Tədbirə qatılmaq istəyən namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri zəruridir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nazirliyin xidmətləri üçün e-sorğuya qoşulun!
Sosial ödənişlər avqustun 25-də tamamlanır
Sabah bütün sosial ödənişlər tamamlanır!
Pensiya kapitalının vərəsəyə ötürülməsi müzakirə olunur
Sosial yardımların ödəniş tarixi açıqlandı!