SSRİ-də xərçəng xəstələrindən həqiqəti niyə gizlədirdilər?
Sovet dövründə həkimlər xərçəng diaqnozunu xəstələrdən gizlədirdilər və onları xəstəliklərinin ağır olmadığına inandırmaq üçün xüsusi üsullara müraciət edirdilər. Publika.az xəbər verir ki, bu barədə sosial antropoloq, ölüm araşdırmaları üzrə tədqiqatçı Sergey Moxov “Gazeta.Ru”ya müsahibəsində danışıb.
Moxovun sözlərinə görə, Qərb təbabətində də uzun müddət xəstələrə ağır diaqnozlar açıqlanmırdı. Ancaq sığorta təbabətinin inkişafı ailələri müalicə xərcləri və prosedurların davam etdirilməsi ilə bağlı qərar verməyə məcbur etdi.
SSRİ-də isə səhiyyə sistemi dövlətin nəzarətində idi və xəstənin diaqnozu bilməsi tələb edilmirdi. Antropoloq sovet səhiyyə sisteminin yanaşmasını belə izah edir: “İnsanın sağlamlığı şəxsi məsuliyyət deyil, ictimai sərvət hesab olunurdu.”
ƏLAQƏLİ
Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
Bu yanaşmada həkimlərin etik qaydaları da mühüm rol oynayırdı. Xərçəng diaqnozunun xəstəyə açıqlanmasının onun vəziyyətinə mənfi təsir göstərəcəyi düşünülürdü. Həqiqət yaxınlarına deyilir, lakin onlardan bunu xəstədən gizlətmək tələb olunurdu.
Diaqnozu gizlətmək üçün müxtəlif üsullardan istifadə edilirdi. Xərçəng sözü çox vaxt işlədilmirdi və “o xəstəlik” kimi ifadələrlə əvəz olunurdu. Antropoloqun fikrincə, bu siyasət heç də həmişə gözlənilən nəticəni vermirdi və yaşlı nəsildə həkimlərə qarşı inamsızlıq yaradırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Kupça”sız evə bu yolla sənəd almaq olar
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər
66 il əvvəl hesablayıblar: dünyanın sonuna 1 ay qaldı?
Sevgi hormonu qorxuya qalib gəlməkdə rol oynayır