“Kupça”sız evə bu yolla sənəd almaq olar
Publika.az-ın yazdığına görə, Azərbaycanda, xüsusilə Bakı və Abşeron ərazilərində çıxarışı olmayan çox sayda fərdi yaşayış evi mövcuddur. Bu evlərin bir hissəsi müəyyən sənədlərə malik olsa da, həmin sənədlər hüquqi baxımdan legitim hesab edilmir. Digər hissəsi isə heç bir hüquqmüəyyənedici sənəd olmadan, özbaşına tikilmiş tikililərdən ibarətdir.
Mülki Məcəlləyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımi icazələr alınmadan tikilmiş yaşayış evləri özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxsin mülkiyyət hüququ əldə etməsi üçün məhkəmə qərarı tələb olunur və bu halda tikinti aparılmış torpaq sahəsi həmin şəxsin mülkiyyətində olmalıdır.
Qanunvericilikdə, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlakın faktiki mülkiyyətçisi kimi qeydə alınması mümkündür. Mülki Məcəllənin 178.6-cı maddəsinə görə, əgər şəxs əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik edibsə, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər.
Lakin təcrübədə 30 illik müddətin Mülki Məcəllənin qüvvəyə mindiyi 2000-ci ildən sonra yaranan münasibətlərə aid edilməsi halları müşahidə olunur. Bu isə faktiki mülkiyyətçilərin mülkiyyətçi kimi qeydə alınmasını 2030-cu ildən sonraya təxirə salır.
Mülki Məcəllənin 178.6-cı maddəsi geriyə şamil edilərkən fiziki və hüquqi şəxslərin vəziyyətini pisləşdirmir. Əgər əmlaka 30 il ərzində etirazsız sahiblik edilibsə, mülkiyyətçi kimi qeydə alınma tələb oluna bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər
66 il əvvəl hesablayıblar: dünyanın sonuna 1 ay qaldı?
Sevgi hormonu qorxuya qalib gəlməkdə rol oynayır
Türkiyənin müdafiə sənayesinin sürətli inkişafı İsraildə diqqət çəkir
Maya dişçilərinin qədim bacarıqları: Yad daşla bəzədilmiş diş
Avropanın ən yaşıl şəhəri haradadır? 2028 üçün səkkiz finalçı açıqlandı