02.11.2026 - 16:34
Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq
Hadisə 218 baxış

Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq

Gecə saatlarında qonşu mənzildən gələn yüksək səslər sakinlərin narazılığına səbəb olur. Bəs bu səs-küy azyaşlı uşaqdan qaynaqlanırsa, valideynlər məsuliyyət daşıyırmı? Publika.az-ın məlumatına görə, bu vəziyyətdə qonşular polisə müraciət edərək valideynlərin cərimələnməsini tələb edə bilərlər.

Vəkil Turan Abdullazadə “Yeni Sabah”a açıqlamasında bildirib ki, hər səs-küy hüquq pozuntusu hesab edilmir. “İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, gecə saat 00:00-dan səhər 07:00-dək səs-küy salmaq qadağandır. Bu qaydanı pozan fiziki şəxslər 150-200 manat, vəzifəli şəxslər isə 2000-2500 manat cərimə edilə bilər.”

Vəkil qeyd edib ki, davamlı narahatlıq yaradan səs-küyə görə gündüz saatlarında da məhkəməyə müraciət etmək mümkündür. “Mənzil Məcəlləsi yaşayış sahəsindən istifadəni qonşuların hüquqlarına riayət etməklə həyata keçirməyi tələb edir.”

T.Abdullazadə, azyaşlı uşaq ağlamasının adi səs-küydən fərqli olduğunu vurğulayıb. “Azyaşlıların gecə ağlaması təbii haldır və qəsdən səs-küy salmaq kimi qiymətləndirilə bilməz. Buna görə cərimə və ya kompensasiya ağlabatan deyil.”

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: