Qəza törətməkdə təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya olunacaq
Publika.az-ın məlumatına görə, Monteneqro Respublikasının Ədliyyə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Dadaşzadə Dadaş Balakişi oğlunun ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun sənədlərin təqdimatından sonra mümkün olub.
Sabunçu Rayon Polis İdarəsində aparılan istintaqa əsasən, Dadaş Dadaşzadənin ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə əsaslı şübhələr müəyyən edilib. Buna görə də, o, təqsirləndirilən şəxs qismində cəlb olunub və istintaqdan yayınaraq gizləndiyinə görə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.
Keçirilən tədbirlər nəticəsində, Dadaşzadənin Monteneqroda olduğu müəyyən edilib və saxlanılması təmin edilib. Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülməkdədir.
Baş Prokurorluq, axtarışda olan şəxslərin ölkəyə gətirilməsi məqsədilə xarici dövlətlərin aidiyyəti qurumları və İnterpol ilə əməkdaşlığı davam etdirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonşu bunu edirsə, 2500 manat cərimə olunacaq
İspaniyada qatar qəzasında ölənlər arasında 4 amerikalı var
"İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
Salyanda dəhşətli qəza: iki nəfər həyatını itirib
Moped və velosiped sürənlərə xəbərdarlıq
Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
Şəkidə məmur bələdiyyə sədrinə hücum etdi