08.10.2026 - 17:18
66 il əvvəl hesablayıblar: dünyanın sonuna 1 ay qaldı?
Araşdırma 98 baxış

66 il əvvəl hesablayıblar: dünyanın sonuna 1 ay qaldı?

1960-cı ildə yayımlanan bir araşdırmada, dünyanın sonunun 13 noyabr 2026-cı ildə ola biləcəyi irəli sürülüb. Araşdırmada əsas səbəb kimi Yer kürəsində əhalinin sürətlə artması göstərilib.

Publika.az xəbər verir ki, bu araşdırmanın müəllifləri, son iki min ildə dünya əhalisinin artımını təhlil edərək bir riyazi model hazırlayıblar. Onların hesablamalarına görə, əhali əvvəlki sürətlə artmağa davam edərsə, 13 noyabr 2026-cı ilədək nəzəri olaraq sonsuzluğa yaxınlaşmalı idi.

Sonrakı illərdə isə demoqrafik vəziyyət dəyişib. 1990-cı illərin əvvəllərindən etibarən dünya əhalisinin artım tempi zəifləyib və doğum səviyyəsi 1960-cı illə müqayisədə təxminən iki dəfə azalıb.

Bəzi digər araşdırmalara görə, dünya əhalisi 2056-cı ildə təxminən 9 milyard nəfərlə pik həddə çatdıqdan sonra azalmağa başlaya bilər. BMT-nin proqnozlarına görə isə dünya əhalisi 2080-ci illərə qədər 10,3 milyard nəfərə yüksələcək.

Bu araşdırma “Science” jurnalında dərc olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: