02.11.2026 - 17:54
Avropada marketlərə siber hücumlar artıb
Dünya 229 baxış

Avropada marketlərə siber hücumlar artıb

İsveç mətbuatının məlumatına görə, ölkədə, xüsusilə paytaxt Stokholmda bir sıra market zəncirləri siber hücumların hədəfinə çevrilib. Hücumlar nəticəsində marketlərin soyutma sistemləri təsirlənib və donduruculardakı temperaturun artdığı bildirilib.

Minval.info xəbər verir ki, Ölandda yerləşən Ica mağazasının rəhbəri Mats Olsson, açıqlamasında soyutuculardakı hava temperaturunun 55 dərəcəyə qədər yüksəldiyini və mağazanın su ilə dolduğunu qeyd edib. Ica mağazalarının digər filialları da sosial media vasitəsilə etdikləri paylaşmalarda siber hücumdan zərər gördüklərini və bir çox qida məhsulunun pozulduğunu bildiriblər.

Digər bir İsveç market zənciri Coop da eyni hücumdan təsirləndiyini açıqlayıb. Coop mağazalarının təmsilçisi Carlos Cancino, ölkə üzrə altı filialda soyutma sistemlərində problemlər yaşandığını bildirib.

Belçika və Lüksemburqda da oxşar hallar

Belçikanın RTL televiziya kanalı xəbər verir ki, Delhaize marketlərində ani temperatur artışı baş verib. Bununla bağlı mağaza rəhbərlərinə xəbərdarlıq mesajı göndərilib. Temperaturun artması ilə mağaza işçiləri dərhal tədbirlər alıblar. Bəzi mağazalar məhsulları qorumaq üçün soyutma kamyonları gətirib.

Lüksemburqda da Delhaize zəncirinin bir neçə mağazasında oxşar hallar qeydə alınıb. Carrefour və Spar supermarketləri də siber hücumların təsirinə məruz qaldıqlarını açıqlayıblar. Estoniyada da marketlər soyutma sistemlərinə siber hücumlar nəticəsində zərər görüb. Fransa isə 12 oktyabr tarixində oxşar hücumlara məruz qalmışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: