06.10.2026 - 18:47
Sevgi hormonu qorxuya qalib gəlməkdə rol oynayır
Araşdırma 4 baxış

Sevgi hormonu qorxuya qalib gəlməkdə rol oynayır

Yaponiyada aparılan son araşdırma, sevgi və sosial bağlılıqla əlaqələndirilən oksitosin hormonunun qorxuya qarşı mübarizədə mühüm təsirə malik ola biləcəyini ortaya çıxarıb. Bu tədqiqat, oksitosinin yalnız bir sevgi hormonu olmadığını, eyni zamanda fərqli sinir dövrələrinə təsir etdiyini göstərir.

Minval.info xəbər verir ki, alimlər beynin paraventrikulyar talamus (PVT) bölgəsində oksitosin reseptoru daşıyan xüsusi neyron qrupunu diqqətlə öyrəniblər. Bu neyronlar, həm sosial davranışların tənzimlənməsində, həm də təhlükənin artıq keçdiyini öyrənmə prosesində iştirak edir.

Təcrübələr siçanlar üzərində aparılıb və nəticələr göstərir ki, bu neyronların fəaliyyəti zəiflədildikdə, siçanların sosial əlaqələrə marağı azalır və əvvəllər qorxu yaradan, lakin artıq təhlükəsiz olan mühitdə qorxu reaksiyasını azaltmaqda çətinlik çəkirlər.

Alimlər bildirirlər ki, bu nəticələr oksitosinin beyində yalnız “güvən hormonu” kimi fəaliyyət göstərmədiyini, həm də təsirinin konkret sinir dövrələrindən asılı olduğunu göstərir. Bu araşdırma, oksitosinlə əlaqəli neyron şəbəkəsinin sosial davranış və qorxu mexanizmlərinin öyrənilməsi baxımından yeni istiqamətlər aça biləcəyini ortaya qoyur.

Araşdırmanın nəticələri “Brain” jurnalında dərc olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: