“Gözel Seeds” və ADA Universiteti genetik konfransda alimləri topladı
“Gözel Seeds” və ADA Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin genetika və kənd təsərrüfatı biotexnologiyası sahəsində altı aparıcı aliminin iştirakı ilə “Genlərdən ağıllı kənd təsərrüfatına: dayanıqlı bitkiçilik və heyvandarlıq üçün müasir biotexnologiyalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Publika.az xəbər verir ki, tədbirdə regionun ərzaq təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq bazarlara inteqrasiya istiqamətində qabaqcıl genom texnologiyalarının imkanları müzakirə olunub.
Konfrans “Gözel Seeds” şirkətinin təsisçisi Tahir Gözel və ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsinin dekanı Matteo Vittuarinin açılış nitqləri ilə başlayıb. Türkiyədən dəvət olunmuş professorlar müasir kənd təsərrüfatının inkişafında mühüm rol oynayan innovativ texnologiyalara həsr olunmuş elmi sessiyada çıxış ediblər.
Məruzələrdə yüksək məhsuldarlıqlı genetik sekvensləmə, bioinformatika və CRISPR-Cas9 gen redaktəsi texnologiyaları, həmçinin ekstremal iqlim şəraitinə davamlı bitki sortlarının yaradılmasını sürətləndirmək potensialı diqqətə çatdırılıb.
Tahir Gözel, konfransda çıxış edərək, beynəlxalq toxum istehsalçılarının yüksək texnologiyalı məhsuldar sortlar hazırladıqlarını, lakin yerli fermerlərin orta və aşağı texnoloji səviyyəli təsərrüfatlarda fəaliyyət göstərdiklərini bildirib. Bu, yerli şəraitə uyğunlaşdırılmış, davamlı toxum sortlarına ehtiyacı artırır.
Konfransdan sonra Bakıda birgə yay məktəbinin təşkili imkanları müzakirə olunub. Bu təşəbbüs tələbələrin qabaqcıl tədqiqat texnologiyaları ilə tanış olmasına, ixtisas biliklərini dərinləşdirməsinə şərait yaratmağı hədəfləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib
Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər
Şəbnəm "Kapriz"ə yeni nəfəs verdi - Video
"Düşünürəm ki, xalqımız bizi ruhdan salmayacaq" - Ərdoğan
Kılıçdaroğlu: Bizə bir iki yox, ən azı beş sandıq məmuru lazımdır
Süleyman Soylu: "Suriyalılar bizim xalqımızdır”