Türkiyənin müdafiə sənayesinin sürətli inkişafı İsraildə diqqət çəkir
İsrail mətbuatı Türkiyənin müdafiə sənayesindəki sürətli inkişafı və Avropanın təhlükəsizlik arxitekturasında artan rolunu diqqət mərkəzinə gətirib. Bu barədə “Makor Rishon” nəşrində dərc olunan təhlildə geniş məlumat verilib.
Minval.info xəbər verir ki, məqalədə Türkiyənin artıq sadəcə silah tədarükçüsü olmaqdan çıxaraq, Avropada strateji tərəfdaşlıq mövqeyini gücləndirdiyi vurğulanıb. NATO-dakı hərbi gücü və müdafiə ixracatının artımı da bu inkişafın əsas göstəricilərindən biri kimi təqdim edilib.
Təhlildə Türkiyənin NATO-nun ikinci ən böyük ordusuna sahib olduğu və müdafiə sənayesinin qlobal bazarda 11-ci yerdə qərarlaşdığı bildirilib. Xüsusilə, müdafiə ixracatındakı artımın 2025-ci ildə 48 faiz yüksəlməsi qeyd olunub. Bu inkişaf “Əvvəllər bir ildə əldə etdiyimizi indi onlar bir həftədə əldə edirlər” ifadəsi ilə diqqətə çatdırılıb.
Bundan əlavə, Türkiyənin Avropa ilə müdafiə əlaqələrinin sürətlə genişləndiyi, İspaniya, Rumıniya, Polşa və İtaliya ilə əməkdaşlığın dərinləşdiyi vurğulanıb. “Baykar”ın İtaliyanın “Piaggio Aerospace” şirkətini satın alması və “Leonardo” ilə tərəfdaşlıq qurması da Türkiyənin bu sahədəki artan roluna nümunə kimi göstərilib.
Məqalə sonunda Türkiyənin güclənən müdafiə sənayesi və Avropa ölkələri ilə genişlənən tərəfdaşlıqları sayəsində Avropanın təhlükəsizlik sistemində daha böyük rol əldə etməyə doğru irəlilədiyi vurğulanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sevgi hormonu qorxuya qalib gəlməkdə rol oynayır
Maya dişçilərinin qədim bacarıqları: Yad daşla bəzədilmiş diş
Avropanın ən yaşıl şəhəri haradadır? 2028 üçün səkkiz finalçı açıqlandı
Beynin yaddaşa yeni məlumat əlavə etmə mexanizmi aşkarlandı
Z nəsli evlilik məsələsinə daha müsbət yanaşır
Dünya reytinqində hansı ölkədən neçə universitet var