08.10.2026 - 16:38
Alimlər bu kənddə yaşayan uzunömürlü qadınlardan danışır: Ölümsüzlüyün sirri oradadır?
Araşdırma 196 baxış

Alimlər bu kənddə yaşayan uzunömürlü qadınlardan danışır: Ölümsüzlüyün sirri oradadır?

İtaliyanın Sardiniya adasında yerləşən Bolotana kəndi qeyri-adi uzunömürlülük göstəriciləri ilə alimlərin diqqətini çəkib. Xüsusilə qadınların uzunömürlülüyü dünya üzrə ən yüksək göstəricilərdən biri hesab olunur.

Publika.az xəbər verir ki, bu barədə “Science Alert” nəşri məlumat yayıb.

2021-2025-ci illərin demoqrafik məlumatlarını araşdıran tədqiqatçılar müəyyən ediblər ki, Bolotanada 70 yaşlı qadının orta hesabla daha 20,85 il yaşaması gözlənilir. Bu göstərici Nuoro vilayətində 18,61, Sardiniyada 18,4, İtaliya üzrə isə 18,06 ildir.

Daha diqqətçəkən nəticə isə 100 yaşına çatmaq ehtimalında ortaya çıxıb. Bolotanada 70 yaşlı qadının 100 yaşını görmə ehtimalı 13,83 faizdir. Müqayisə üçün bu göstərici Nuoroda 4,33, Sardiniyada 4,43, İtaliyada isə cəmi 3,54 faizdir.

Alimlər hələlik kənd sakinlərinin uzun ömür sürməsinin konkret səbəbini müəyyənləşdirə bilməyiblər. Genetik xüsusiyyətlər, sağlam qidalanma, fiziki aktivlik, ailə və sosial dəstək, eləcə də səhiyyə xidmətlərinə çıxışın mühüm rol oynadığı ehtimal edilir.

Bolotananın relyefi, ərzağın böyük hissəsinin yerli istehsal olunması və insanların gündəlik həyatda daha çox piyada hərəkət etməsi də mümkün amillər sırasında göstərilir. Əhalisi 2266 nəfər olan kənddə 100 yaşını keçmiş çoxsaylı insanların yaşaması da diqqət çəkir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: