Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
Nyu-Meksikodakı Ağ Qumlar Milli Parkında aşkar edilən qədim insan ayaq izləri alimlərə 21.000 ildən çox əvvəl baş verən kəskin iqlim dəyişikliklərinin tarixini yenidən öyrənməyə kömək edib.
Publika.az xəbər verir ki, tədqiqat göstərib ki, böyük bir göl tədricən quruyub, meşələr geri çəkilib və mənzərə quru düzənliyə çevrilib. Ayaq izləri təxminən 23.500–21.700 il əvvəl, son buzlaq zamanı qalıb. Bu izlər üçün tarixləmə metodları hazırlayan tədqiqat qrupu ətrafdakı çöküntü təbəqələrini araşdırıb. Nəticələr “Science Advances” jurnalında dərc edilib.
Alimlər insan ayaq izlərini, iri heyvan pəncələrinin izlərini və insan varlığına dair digər dəlilləri ehtiva edən 20 geoloji təbəqəni təhlil etdilər. Tarixi dəqiqləşdirmək üçün onlar iynəyarpaqlı tozcuqların radiokarbon tarixlənməsindən və su bitkilərinin toxumlarının yaşı haqqında məlumatlardan istifadə ediblər.
ƏLAQƏLİ
Xəzərdən həyəcan təbili: Abşeron və Qızılağac ətrafında yeni adacıqlar üzə çıxa bilər
Məlum olur ki, tədqiq olunan dövrün əvvəlində hövzədə iynəyarpaqlı meşələrlə əhatə olunmuş böyük bir Otero gölü olub. Temperatur bugünkündən təxminən dörd dərəcə Selsi aşağı idi. Sonra iqlim istiləşməyə başlayıb, göl kiçilib, meşələr seyrəlib və tədricən palıd və yovşan bitkiləri ilə əvəz olunub. Artan buxarlanma bölgəni getdikcə daha quru hala gətirib.
Quraqlıq xüsusilə güclü təsir göstərib və kəskin iqlim dəyişiklikləri ilə üst-üstə düşüb. Bunun izləri hətta Nyu-Meksikodan minlərlə kilometr aralıda yerləşən Qrenlandiyanın buz nüvələrində də tapılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Kupça”sız evə bu yolla sənəd almaq olar
Bakıda evlər söküləndə sakinlərə neçə faiz artıq sahə verilə bilər
66 il əvvəl hesablayıblar: dünyanın sonuna 1 ay qaldı?
Sevgi hormonu qorxuya qalib gəlməkdə rol oynayır
Türkiyənin müdafiə sənayesinin sürətli inkişafı İsraildə diqqət çəkir