20.10.2026 - 13:34
Xəzərdən həyəcan təbili: Abşeron və Qızılağac ətrafında yeni adacıqlar üzə çıxa bilər
Araşdırma 121 baxış

Xəzərdən həyəcan təbili: Abşeron və Qızılağac ətrafında yeni adacıqlar üzə çıxa bilər

Publika.az-ın yazdığına görə, Coğrafiya İnstitutunun direktoru Zaur İmrani Xəzər dənizi ilə bağlı aparılan tədqiqatlar barədə məlumat verib. O, Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırarkən Xəzərin sahilyanı landşaftlarının dəyişməsi və su səviyyəsinin azalması ilə bağlı narahatlıqlarını ifadə edib.

Zaur İmrani bildirib ki, Xəzər dənizində su səviyyəsinin dəyişməsi dövri xarakter daşısa da, antropogen təsirin artması bu prosesin daha intensiv şəkildə baş verməsinə səbəb olur. Xüsusilə çay sularının səmərəsiz istifadəsi dəniz səviyyəsinə ciddi təsir göstərir. Volqa çayının su ehtiyatlarından nəzarətsiz istifadə bu təsiri daha da artırır.

Su səviyyəsinin azalması ekosistemlərdə ciddi transformasiyalara səbəb ola bilər. Lakin ərazinin düzgün idarə olunması və adaptasiya tədbirlərinin həyata keçirilməsi ilə bu təsirlərin qarşısını almaq mümkündür. Xəzəryanı ölkələrin elmi institutları ilə məlumat mübadiləsi və birgə tədqiqatlar bu məsələlərin həllində mühüm rol oynayır.

Gələcəkdə Abşeron yarımadası və Qızılağac körfəzi ətrafında yeni adacıqların yaranması mümkündür. Bu, Xəzər dənizinin su səviyyəsinin azalması ilə bağlıdır və bu istiqamətdə davamlı elmi monitorinqlərin aparılması zəruridir. Zaur İmrani əlavə edib ki, Coğrafiya İnstitutu bu sahədə müntəzəm tədqiqatlar aparır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: