Sabah Bakı və Abşeronun bu ərazilərində qaz olmayacaq
Bakının Nizami rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Minval.info-ya verilən məlumata görə, payız – qış mövsümünə hazırlıqla bağlı tədbirlər planına əsasən yararsız qaz xətlərinin yeni çəlikmiş borularla əvəz edilməsi, həmçinin Nizami rayonu Qara Qarayev 102 ünvanında diametri 325mm-lik qaz xəttinin korroziyaya uğramış hissəsinin yeni çəkilmiş polietilen 315 mm-lik qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədar sabah saat 09:00-dan təmir işləri tamamlananadək Nizami rayonu Qara Qarayev E.Süleymanov, B.Nuriyev, Naxçıvanski, Rüstəmov, A.Manafov və Nəvai küçələrinin bir hissəsində təbii qazın verilişində məhdudiyyət olacaq.
Zəruri təmir işləri aparıldığı zaman Binəqədi və Biləcəri qəsəbələrində, eləcə də Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrinin bir hissəsinin də qaz təchizatına fasilə yaranması mümkündür.
Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.
“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı
Əmək müqaviləsi olmayanlar pensiya hüququndan məhrumdur
Ahıllar evində 214 nəfərə xüsusi qayğı göstərilir
Elgiz Əkbərdən YouTube-da yeni sosial layihə
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!