"Sədr dəyişilməyəcək, Anar müəllim Yazıçılar Birliyinə lazımdır"
Bu gün Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayı keçirilir.
Bakupost.az xəbər verir ki, qurultayı AYB-nin hazırkı sədri, Xalq yazıçısı Anar Rzayev çıxış nitqi ilə açıb.
Dunyadan köçən yazıçıların və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Qurultayla baglı Bakupost.az -a açıqlama verən yazıçı Elçin Hüseynbəyli Azərbaycan Yazıçılarının qurultayına uzun müddət hazırlıq getdiyini, lakin pandemiya səbəbindən qurultayın gecikdiyini bildirib:
“Ancaq bu il çox intensiv işlər görüldü. Qurultayın müzakirələri keçirildi, bir sıra kitablar nəşr olundu. Sonuncu nəşr olunan kitab “Barıt qoxulu sətirlər” oldu”.
Elçin Hüseynbəyli ədəbi cameə üçün hər zaman aktual olan AYB sədrinin dəyişilib dəyişilməyəcəyi sualına bele cavab verib:
“Mən düşünmürəm ki, sədr dəyişiləcək. Hələki Anar müəllim Yazıçılar Birliyinə lazımdır”.




ƏLAQƏLİ
“Rəbbim qarşıdakı şərr və müsibətləri qaldırsın...” — Alim Qasımovdan qızına duyğusal təbrik
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi