Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Flora Kərimovanın nəvəsi Faiq ailə həyatı qurur. Xalq artisti Flora Kərimova bu xoş hadisə münasibətilə nəvəsini təbrik edib.
Minval.info xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşdığı videoda səhhətindəki problemlər səbəbindən toy mərasimində iştirak edə bilmədiyini açıqlayıb. Buna baxmayaraq, cütlüyə öz hədiyyəsini göndərdiyini bildirib.
Flora Kərimova paylaşımında oğlu Oqtaya və nəvəsi Faiqə ürəkdən gələn arzularını çatdırıb: “Oğlum, qürurum, şərəfim Oqtay… Sənin sevincini, arzunu, ürəyini bilirəm. Dualarımla hər zaman yanındayam. Nəvəm Faiq! Bu gün sən yeni bir həyat yoluna qədəm qoyursan. Qoy sevginiz ömrünüzdən uzun, eviniz ürəyiniz qədər işıqlı olsun. Sizə sonsuz xoşbəxtlik, ailə səadəti və bərəkətli bir ömür arzulayıram. Sevgilərlə, Flora anan, nənə.”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda ədəbiyyat sərgisi: keçmişdən gələcəyə səyahət
Ağdamın "İmarət" kompleksi İslam Dünyası İrs Siyahısına daxil edildi
Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib
Xalq artisti Şövkət Ələkbərova 104 il əvvəl bu gün doğulub
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?