Ağaclarda qanunsuz reklamlar: 267 qurğu söküldü
Bakı və regionlarda cari ilin yanvar-avqust ayları ərzində ağaclar üzərində qanunsuz yerləşdirilmiş ümumilikdə 267 reklam qurğusu demontaj edilib. Ətraf mühitin qorunması və yaşıllıqların mühafizəsi hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir. Ağaclar, təbiətin tarazlığının qorunmasında və sağlam ekoloji mühitin təmin edilməsində mühüm rol oynayır.
Minval.info xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi vətəndaşları və sahibkarları yaşıllıqlara hörmətlə yanaşmağa çağırır. Qanunvericiliyə əsasən, reklam qurğularının ağaclarda, qayalarda və digər təbiət obyektlərində quraşdırılmasına icazə verilmir. Qanunvericiliyin tələblərinə zidd quraşdırılmış reklam qurğularının müəyyənləşdirilməsi və demontajı istiqamətində nəzarət tədbirləri davam etdiriləcək.
İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq tələblərin pozulmasına görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 10 000 manatadək məbləğdə cərimə edilə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqası oyunları hansı kanalda?
Kolleclərdə boş yerlərə ixtisas seçimi başladı
Azərbaycanda süni intellekt tibbdə inqilab edir
Misir Mərdanov: Təhqirlərdən sonra qəbul dayandı!
Yağış Bakıda yolları iflic etdi: Küçələr keçilməzdir
YAP VIII Qurultaya hazırlıqlara başladı
15 yaşlıların oxu savadlılığı zəifdir: Nazir açıqladı