Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi
Xalq artisti Cahangir Novruzov, mərhum anası və tanınmış aktrisa Nəsibə Zeynalova ilə bağlı maraqlı bir xatirəsini bölüşüb.
Minval.info xəbər verir ki, aktyor “Baku TV”yə verdiyi açıqlamada, anası ilə yaşadığı mübahisədən bəhs edib. Cahangir Novruzov teatra getmək qərarı verdiyi zaman anasının ona dəstək olmayacağını bildirdiyini söyləyib.
“Teatra gedəndə heç kim mənim anamın Nəsibə Zeynalova olduğunu bilmirdi. Anamla ciddi bir mübahisəmiz olmuşdu. Teatra getmək istəyəndə dedi ki, get hüquqa və ya başqa bir sahəyə. Mən isə cavab verdim ki, adam tutan olmaq istəmirəm, teatra gedəcəyəm. Anam dedi ki, mən sənin üçün xahiş etməyəcəyəm, get özün et. Mən də dedim ki, səndən xahiş etdim ki, kiməsə nəsə deyəsən?”
Aktyor əlavə edib ki, bu mübahisədən sonra anası ilə münasibətləri bir müddət soyuq olub. “Evdə mübahisəmiz oldu. Anam yüksək tonla danışdı. Bir ildən çox mənimlə soyuq davrandı. Hətta teatra qəbul olunduqdan sonra da…”
Cahangir Novruzovun sözlərinə görə, münasibətləri “Çimnaz xanım yuxudadır” tamaşasından sonra düzəlib. O bildirib ki, həmin tamaşada ona baş rol verilib və anası xəbərsiz şəkildə gəlib tamaşaya baxıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dahi bəstəkar Tofiq Quliyev 108 il əvvəl doğulub
Fidan Hacıyevanın Fransadakı möhtəşəm konsertindən görüntülər
Bakıda ədəbiyyat sərgisi: keçmişdən gələcəyə səyahət
Ağdamın "İmarət" kompleksi İslam Dünyası İrs Siyahısına daxil edildi
Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib
Xalq artisti Şövkət Ələkbərova 104 il əvvəl bu gün doğulub